İctimai iaşə sektoruna vergi güzəştləri olacaq

Vergi islahatların davamı olaraq iqtisadi artımın şaxələnməsi, şəffaflığın daha da dəstəklənməsi üçün Vergi Məcəlləsinə dəyişiklik layihəsi Milli Məclisə təqdim edilib.

Aznews.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsinin zərfi”nin müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

“Nağdsız əməliyyatların stimullaşdırılması üçün ictimai iaşə sektoruna vergi güzəştləri verilməsi nəzərdə tutulub. Eyni zamanda sadələşmiş vergi limitlərinin 200 min manatdan 400 min manata yüksəldilməsi nəzərdə tutulub”, - deyə nazir qeyd edib.