- İşin içi
- 18:31
- 779
ICGB investisiya qərarının qəbulunun sürətləndirilməsi üçün ABŞ fondlarının dəstəyinə ümid edir
Yunanıstan-Bolqarıstan qaz interkonnektorunun (IGB) operatoru olan şirkəti qaz kəmərinin ötürücülük qabiliyyətinin artırılması məqsədilə yekun investisiya qərarının qəbulunu sürətləndirmək üçün ABŞ fondlarının dəstəyinə ümid edir.
Aznews.az xəbər verir ki, bu barədə ICGB-nin icraçı direktoru Teodora Georgiyeva sosial şəbəkəsindəki hesabında yazıb.
Onun sözlərinə görə, şirkət qaz kəmərinin ötürücülük qabiliyyətinin hazırkı 3 milyard kubmetrdən 5 milyard kubmetrə qədər artırılmasını strateji hədəf seçib. "Bu addım bizi 2027-2028-ci illərdə Rusiya qazından mərhələli şəkildə imtina etməyə hazırlayacaq. Biz bütün zəruri prosedurları yerinə yetirmişik və irəliləmək niyyətindəyik. Yekun investisiya qərarının qəbul edilməsinin sürətləndirilməsi üçün ABŞ fondlarının dəstəyinə ümid edirik", - T.Georgiyeva qeyd edib.
Şirkətin icraçı direktoru ICGB-nin Şaquli Qaz Dəhlizinin Route 2 и Route 3 marşrutlarının inkişafında maraqlı olduğunu vurğulayıb. Bu istiqamətlər təbii qazın Aleksandrupolis LNG terminalından və Trans-Adriatik Qaz Boru Kəmərindən (TAP) IGB vasitəsilə, daha sonra isə Trans-Balkan qaz kəməri ilə Rumıniya, Moldova və Ukraynaya nəqlini nəzərdə tutur. "Bu marşrutlar təkcə bazarların inteqrasiyası üçün deyil, həm də şaxələndirilmiş təchizata çıxışın genişləndirilməsi hesabına Ukraynanın dəstəklənməsi üçün mühüm əhəmiyyət kəsb edir", - o qeyd edib.
T.Georgiyeva həmçinin ABŞ Prezidenti Donald Trampdan təşəkkür məktubu aldığını bildirib və bunu ICGB komandasının ABŞ-dən Şərqi Avropaya LNG tədarükü üçün IGB-ni strateji marşruta çevirmək səylərinin tanınması adlandırıb. "Bolqarıstan üçün etibarlı, rəqabətli və sabit qaz təchizatının təmin edilməsi daim fəaliyyətimizin mərkəzində olub", - o vurğulayıb.
İcraçı direktor əlavə edib ki, enerji bağlantısı regionun təhlükəsizliyi və dayanıqlığının əsas amili olaraq qalır.
IGB qaz kəməri Yunanıstanın qaz nəqli sistemini (DESFA) və Komotini bölgəsindəki TAP-ı Stara Zaqora bölgəsində Bolqarıstan qaz nəqli sistemi ("Bulgartransgaz") ilə birləşdirir. Kəmərin uzunluğu 182 km, borunun diametri isə 813 mm-dir. IGB-nin layihə gücü ildə 3 milyard kubmetr qaz təşkil edir. Bazar marağı və texniki şərtlərdən asılı olaraq, bu həcmin illik 5 milyard kubmetrə qədər artırılması mümkündür.