- İşin içi
- 29 Yanvar 23:33
- 1 024
Cənubi Muğan kanalına suyun verilişi müvəqqəti dayandırılıb
Cənubi Muğan kanalına suyun verilməsi müvəqqəti olaraq dayandırılıb.
Aznews.az xəbər verir ki, buna səbəb Bəhramtəpə Hidroqovşağında aparılan təmir-bərpa işləridir.
Kanala suyun verilişinin 10–12 gün müddətində bərpa olunacağı gözlənilir.
Qeyd edək ki, Cənubi Muğan kanalı 1960-cı ildə istismara verilib. Uzunluğu 65 kilometr olan kanal İmişli, Biləsuvar və Cəlilabad rayonlarında istifadə olunur.