"Samsung" Azərbaycanın planşet bazarındakı payının 27 %-ni itirib

Bu ilin yanvar ayında Azərbaycanın planşet bazarında "Samsung"un payı 55,64 % təşkil edib.

Aznews.az xəbər verir ki, bu, dekabr ayına nisbətən 0,85 faiz bəndi, 2025-ci ilin yanvar ayının göstəricisi ilə müqayisədə 20,84 faiz bəndi azdır.

Beləliklə "Samsung"un bazar payı illik ifadədə 27 % azalıb.

İkinci pillədə qərarlaşan "Apple"ın bazar payı aylıq 2,56 faiz bəndi, illik isə 15,85 faiz bəndi artaraq 25,89 % təşkil edib.

Üçüncü pillədəki "Xiaomi"nin bazar payı aylıq 1,58 faiz bəndi, illik isə 1,72 faiz bəndi artaraq 7,11 % təşkil edib.

Növbəti pillədə qərarlaşan adları açıqlanmayan brendlərin bazar payı aylıq 0,14 faiz bəndi azalaraq, illik isə 3,24 faiz bəndi artaraq 6,55 % olub.

İlk beşliyi 1,38 %-lik bazar payı ilə "Huawei" qapayır. Onun bazar payı aylıq 0,15 faiz bəndi artıb, illik müqayisədə isə 0,44 faiz bəndi azalıb.