Astara modul tipli stansiyada indiyədək istehsal olunan elektrik enerjisinin həcmi açıqlanıb

İyirmi il ərzində Astara rayonunun Ərcivan kəndində yerləşən modul tipli stansiyada 5,2 mlrd. kVt/saat elektrik enerjisi istehsal olunur.

Aznews.az xəbər verir ki, ümumi gücü 87 MVt olan stansiya hər biri 8,7 MVt gücündə 10 ədəd qaz porşen aqreqatından ibarətdir.

Qeyd edək ki, 20 il əvvəl - 2006-cı il fevralın 3-də Astara rayonunun Ərcivan kəndində Astara modul tipli Elektrik Stansiyası istismara verilib.