Vitse-prezidentin fikirləri təhrif edilib - SOCAR-dan təkzib

"Azərenerji" ASC-nin üçün Rusiyanın "Qazprom" şirkətindən təbii qaz alacağı ilə bağlı yayılan xəbərlər təkzib edilib.


SOCAR-dan AzNews.az-a daxil olan məlumatda bildirilir ki, şirkətin sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirovun fikirləri təhrif edilib və "Azərbaycan "Azərenerji" üçün Rusiyanın "Qazprom" şirkətindən təbii qaz almağı nəzərdə tutur" məlumatı həqiqəti əks etdirmir: "Elşad Nəsirov bildirib ki, hazırda SOCAR-ın heç bir ölkədən qaz almasına ehtiyacı yoxdur, "AzMeCo", "Azərenerji" və ya digər şirkətlər daha sərfəli şərtlərlə "Qazprom"dan qaz almaq istəyərlərsə, SOCAR-ın infrastukturundan istifadə edə bilərlər".

Məlumat üçün bildirək ki, bu gün KİV-lərdə Elşad Nəsirovun "Azərenerji" ASC-nin Rusiyanın "Qazprom" şirkətindən qaz alacağına dair açıqlaması dərc olunub.