Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (MSŞK) təşkilatının İdarə Heyətinə 2016-2019-cu illər üzrə seçki keçirilib. Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (MSŞK) təşkilatının İdarə Heyətinə 2016-2019-cu illər üzrə seçki keçirilib.

Şahmar Mövsümov ukraynalı qadın deputata uduzdu

Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (MSŞK) təşkilatının İdarə Heyətinə 2016-2019-cu illər üzrə seçki keçirilib.


AzNews.az xəbər verir ki, bu barədə MSŞK-nın saytında məlumat yayılıb.

Məlumata görə, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov seçkidə uduzub. O Avrasiya regionundan namizəd idi.

Təşkilatın idarə heyətinə Avrasiya regionundan ukraynalı millət vəkili Olqa Bielkova seçilib. Bielkova Şahmar Mövsümovdan 8 səs artıq (19 səs) toplayıb.

Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü 2015-ci ilin aprelində Azərbaycanın bu qurumdakı statusunu aşağı tamhüquqlu üzvlükdən müvəqqəti üzvlüyə endirib. Yanvardan sonunda Dövlət Neft Fondu MSŞK ilə münasibətlərin inkişafı yönündə danışıqlar aparıldığını bildirimişdi.