“Bank rəhbərləri Milli Məclisə çağrılsın” - Deputat

“Azərbaycanın bank sektorunda çox ciddi problem yaranıb. Bu problemlərin həll edilməsi üçün ölkədəki bank rəhbərləri Milli Məclisə çağrılmalıdır”.


Bu təkliflə Milli Məclisin növbəti plenar iclasında millət vəkili Vahid Əhmədov çıxış edib.

Deputat qeyd edib ki, banklarda likvidlik problemi var:

"Kredit portfelində göstəicilər qənaətbəxş deyil. Azərbaycanda əmanətlərin 83%-i dollarda saxlanılır. Əmanətlərin sığortalanması haqqında qanun qəbul etsək də, manatda olan əmanətlərin həcminin artmasını müşahidə etmədik. Mən əvvəllər də təklif etmişdim. İndi də təklif edirəm ki, bu məsələ ilə əlaqədar gəlin bankların rəhbərlərini Milli Məclisə dəvət edək. Problemləri müzakirə edək. Bu vəziyyəti aradan qaldırmaq üçün çox ciddi addımlara ehtiyac var. Qısa müddətdə bu istiqamətdə addımlar atılmasa, Azərbaycan iqtisadiyyatında çox ciddi problemlər yaranacaq. Azərbaycan prezidenti, iqtisadiyyatın müxtəlif sahələri- tütünçülük, pambıqçılıq və sair sahələrin inkişafı ilə bağlı göstərişlər verib. Bu göstərişlərin yerinə yetirilməsi üçün bank sistemi çevik işləməlidir. Bir daha müraciət edirəm ki, bank rəhbərləri Milli Məclisə dəvət olunsun və problemlər birgə müzakirə olunsun".

qafqazinfo.az