Böyük Britaniyanın “AMEC Services Limited” şirkəti 2010-cu ildən etibarən Azərbaycana 140 milyon dollar ziyan vurub. Böyük Britaniyanın “AMEC Services Limited” şirkəti 2010-cu ildən etibarən Azərbaycana 140 milyon dollar ziyan vurub.

BP-nin podratçısı Azərbaycana 140 milyon - Ziyan vurdu

Böyük Britaniyanın “AMEC Services Limited” şirkəti 2010-cu ildən etibarən Azərbaycana 140 milyon dollar ziyan vurub.

Bunu Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı bildirib.

M.Qəhrəmanlının sözlərinə görə, bu fakt "AMEC Services Limited" şirkətinin öz işçilərinə qarşı qaldırdığı cinayət işinin məhkəmə prosesində səsləndirilən məlumatlar əsasında müəyyən edilib.

"Şirkət azərbaycanlı işçilərə qarşı diskrinimasiyaya yol verib. Araşdırmalar göstərir ki, 2010-cu ildən etibarən bu şirkətin yalnız əmək haqqları ilə əlaqədar vurduğu ziyan 140 milyon dollar təşkil edir. "AMEC Services Limited" şirkətinin Azərbaycan Respublikasındakı filialı 2001-ci ilin may ayından fəaliyyət göstərir. Hazırda bu şirkətin rəhbəri və qanuni təmsilçisi Richard Edvard Rippon-Svaine-dir"-Mirvari Qəhrəmanlı deyib.

Hüquq müdafiəçisi qeyd edib ki, şirkət AİOC, BP (Caspian Sea) və BP (Shakh Dəniz) şirkətlərinin Azərbaycandakı subpodratçısı kimi xidmət göstərir və tərəflər arasında uzunmüddətli "ECMS" adlı xidmət müqavilə olub.

M.Qəhrəmanlının bildirdiyinə görə, 2010-cu ildə heç bir zərurət olmadığı halda tərəflər həmin müqaviləyə xitam veriblər. BP şirkəti yenidən tender elan edib. Tenderdə başqa üç şirkət iştirak etsə də, yenidən "AMEC Plc." (AMEC şirkətinin Böyük Britaniyada təsis edilmiş baş ofisi) tərəfindən yerli şirkət kimi təqdim edilən, Azərbaycan Respublikasının hüquqi şəxsi- "AMEC Məhdud Məsuliyyətli Cəmiyyəti" tenderin qalibi olub.



"Halbuki "AMEC Məhdud Məsuliyyətli Cəmiyyəti" yerli şirkət olaraq Azərbaycan vətəndaşlarını işə cəlb etmək əvəzinə subpodrat müqaviləsi əsasında Sinqapurda yerləşən ofşor şirkəti üzərindn xarici işçilər cəlb edir, onlara yerli vətəndaşlara münasibətdə dəfələrlə çox pul vəsaitləri ödəyir, bundan əlavə, həmin işçilərin yaşayış, nəqliyyat və müxtəlif xarakterli məişət xərclərini verir. Süni surətdə xərclər yaradılmaqla, HPBS üzrə Azərbaycanın əldə edəcəyi gəlirləri azaldır. Beynəlxalq müqavilə olan HPBS-dən yan keçməklə, faktiki olaraq onu pozmaqla yüz milyonlarla vəsaitlər ölkədən çıxarılır",-deyə M.Qəhrəmanlı əlavə edib.

M.Qəhrəmanlı onu da bildirib ki, şirkət azərbaycanlı işçiyə ayda orta hesabla 1500 manat əməkhaqqı ödəyir. Eyni iş yükünə malik oxşar ixtisaslı xarici vətəndaşlara ayrılan aylıq xərc isə 18 000 dollardır.

"Nəzərə alsaq ki, hazırda HPBS-ə (Hasilatın Pay Bölgüsü Sazişi) əsasən əldə edilən mənfəətin 80 faizi Azərbaycan Respublikasının payına düşür. Bu halda 150 nəfərdən ibarət yerli işçi heyətinə xərclənilən məbləğ ayda 275 000 dollar təşkil edər. Xarici işçilərə sərf olunan xərclər isə ayda 2.7 milyon dollardır. Nəticədə HPBS üzrə Azərbaycanın payına düşən mənfəət hər ay 1 milyn 940 min dollar məbləğində azaldılır və bu hal hazırda da davam etməkdədir"-hüquq müdafiəçisi deyib.

M.Qəhrəmanlı ki, hazırda şirkətin fəaliyyəti və sosial ödəmələrdən yayınması halları ilə bağlı araşdırma aparılır.

Virtualaz.org