Qazaxıstanda Xəzər dənizinin sahillərində 112 suiti ölü tapılıb

Qazaxıstanın Manqistau vilayətinin Ekologiya Departamentinin əməkdaşları Xəzər dənizinin sahilində 112 ölü suiti aşkar ediblər.

Departamentin mətbuat xidməti bu barədə Facebook-da məlumat yayıb.

“Tüpkaraqan rayonunun Asan kəndindən Bautino burnuna qədər olan sahil zolağında aparılan monitorinqlər zamanı 112 ölü Xəzər suitisi aşkar edilib”, - nəşrdə bildirilir.

Mütəxəssislərin hadisənin baş vermə şəraitini müəyyən etmək üçün hadisə yerindən dəniz suyundan nümunələr götürdüyü dəqiqləşdirilir.

Mövsüm,

AzNews.az