• Fanat
  • 4 Noyabr 20:28
  •  1 903

Devid Bekhemə “cəngavər” titulu verildi

İngiltərə kralı III Çarlzın ad günü münasibətilə açıqlanan şərəf siyahısına adı daxil edilən, 50 yaşlı keçmiş futbolçu Devid Bekhem, Windsor qalasında keçirilən mərasimdə rəsmi şəkildə “cəngavər” (Sir) elan edilib.

“BU MƏNİ QÜRURLANDIRIR”

Bekhem çıxışında deyib:

“Bundan artıq qürur duya bilməzdim. İnsanlar mənim nə qədər vətənpərvər olduğumu bilirlər, ölkəmi çox sevirəm. Monarxiyanın ailəm üçün nə qədər önəmli olduğunu həmişə demişəm.

Dünyanı gəzmək fürsətim olub və hər yerdə insanlar mənimlə monarxiyamız haqqında danışmaq istəyirlər. Bu məni çox qürurlandırır”.

Mövsüm,

AzNews.az