Köhnə qaz boru xətlərinin modernləşdirilməsi və ya tikintisi üçün 1 milyard 515 milyon manat investisiya qoyuluşunun tələb olunacağı proqnozlaşdırılır. Köhnə qaz boru xətlərinin modernləşdirilməsi və ya tikintisi üçün 1 milyard 515 milyon manat investisiya qoyuluşunun tələb olunacağı proqnozlaşdırılır.

Köhnə qaz boru xətlərinin modernləşdirilməsinə 1,5 milyard manat xərclənəcək

Köhnə qaz boru xətlərinin modernləşdirilməsi və ya tikintisi üçün 1 milyard 515 milyon manat investisiya qoyuluşunun tələb olunacağı proqnozlaşdırılır.

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”ndə deyilir.

Sənəddə qeyd olunur ki, SOCAR-ın “Azəriqaz” İB tərəfindən təbii qazın paylanmasında əlavə nəticələr əldə edilməsinə kömək edəcək yeni investisiya layihəsi də hazırlanıb. Bu proqramın texniki-iqtisadi əsaslandırılması ayrıca olaraq həyata keçiriləcək.