Təkcə bir aya 164 min tonadək dizel yanacağı istehsal edilib

Yanvarda Azərbaycanda 163,9 min ton dizel yanacağı, 108,6 min ton avtomobil benzini, 19,3 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 54,9 min ton ağ neft, 69,9 min ton yanacaq mazutu, 1,4 min ton sürtgü yağları, 10,8 min ton neft bitumu və 13 min ton neft koksu istehsal edilib.

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, ötən ay neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 199,5 milyon manat olmaqla, 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 10,2 faiz azalıb. Neft məhsullarından ağ neftin istehsalı 7,9 faiz, yanacaq mazutunun istehsalı 28,5 faiz, dizel yanacağının istehsalı 17,5 faiz az olub. Avtomobil benzininin, sürtgü yağlarının, neft bitumunun və neft koksunun istehsalı isə artıb.