Cari ilin birinci rübünün yekunları onu deməyə əsas verir ki, dünya birjalarında neftin qiyməti 2017-ci il üçün Azərbaycanın dövlət büdcəsində "qara qızıl"ın baza dəyərindən daha yüksəkdir. Cari ilin birinci rübünün yekunları onu deməyə əsas verir ki, dünya birjalarında neftin qiyməti 2017-ci il üçün Azərbaycanın dövlət büdcəsində "qara qızıl"ın baza dəyərindən daha yüksəkdir.

“Neftin qiymətləri ilə bağlı bizim ssenarilərimiz var” - Nazir müavini

Cari ilin birinci rübünün yekunları onu deməyə əsas verir ki, dünya birjalarında neftin qiyməti 2017-ci il üçün Azərbaycanın dövlət büdcəsində "qara qızıl"ın baza dəyərindən daha yüksəkdir.

Bunu "APA-Economics"ə açıqlamasında maliyyə nazirinin müavini Azər Bayramov bildirib.

"Bilirsiniz ki, biz 2017-ci ilin dövlət büdcəsində neftin baza qiymətini 40 dollardan götürmüşük. Birinci rübün yekunları onu göstərir ki, neftin qiyməti planlaşdırdığımızdan daha yüksəkdir. Amma neftin qiymətinə bel bağlamaq olmaz, çünki qiymətlərdə qeyri-stabillik müşahidə olunur. Təbii ki, neftin müxtəlif qiymətləri ilə bağlı bizim ssenarilərimiz var. Qiymətlərə uyğun siyasətimizi yürüdəcəyik", - deyə nazir müavini bildirib.

Qeyd edək ki, "Fitch" reytinq agentliyinin hesablamalarına əsasən, neftin 1 barelinin qiyməti 66 dollar təşkil etdiyi halda Azərbaycanın dövlət büdcəsi profisitlə icra olunacaq.

Xatırladaq ki, 2017-ci ilin yanvar-fevral aylarında dövlət büdcəsinə 2 mlrd. 370,5 mln. manat vəsait daxil olub, büdcədən 2 mlrd. 191,7 mln. manat vəsait xərclənib. Büdcənin icrasında 178,8 mln. manatlıq profisit yaranıb. Bu məbləğ ümumi daxili məhsulun 1,8%-i səviyyəsində olub.

AzNews.az