Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi regionlarda “Azərbaycanda iqtisadi islahatlar: Nailiyyətlər və perspektivlər” mövzusunda regional ictimai müzakirələri davam etdirir. Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi regionlarda “Azərbaycanda iqtisadi islahatlar: Nailiyyətlər və perspektivlər” mövzusunda regional ictimai müzakirələri davam etdirir.

“Azərbaycanda iqtisadi islahatlar: Nailiyyətlər və perspektivlər” mövzusunda regional ictimai müzakirə

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi regionlarda “Azərbaycanda iqtisadi islahatlar: Nailiyyətlər və perspektivlər” mövzusunda regional ictimai müzakirələri davam etdirir.

AzNews.az xəbər verir ki, Quba, Xaçmaz, Qusar, Siyəzən və Şabrandan olan sahibkarlar, bələdiyyə və ictimaiyyət nümayəndələri ilə görüş Quba Gənclər Mərkəzində keçirilib. Tədbirdən öncə Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib və abidə önunə gül dəstəsi qoyulub.

Şimal bölgəsinin 200 nəfərdən artıq sakini ilə baş tutan regional ictimai müzakirəni Quba Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Yusif Abidov açıb. Daha sonra Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı tədbirin moderatoru qismində müzakirənin əsas məqsədi barədə danışıb və çıxış üçün sözü Azərbaycan Respublikası Prezidentinin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi xidmətinin sektor müdiri Elxan Mikayılova verib.

Sektor müdiri bildirib ki, Azərbaycanda aparılan iqtisadi islahatlar davamlı xarakter daşıyır. Onun qənaətinə görə, Azərbaycanda ən dərin iqtisadi islahatların aparılması prosesi hələ ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə başlayıb. Həmin illərdə torpaq islahatları, özəlləşdirmənin aparılması, bazar iqtisadiyyatına keçid, dövlət idarəetməsinin təkmilləşdirilməsi, bir sözlə iqtisadiyyatın şaxələndirilməsi və digər istiqamətlər üzrə böyük tədbirlər həyata keçirilib: “Ulu öndərin həyata keçirdiyi iqtisadi islahatlar onun layiqli davamçısı cənab Prezident tərəfindən uğurla davam etdirlib. 2015-ci ildən etibarən neftin qiymətinin kəskin düşməsi və yeni makroiqtisadi mənzərə iqtisadi islahatların keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına və daha intensiv xarakter almasına imkan yaradıb. Məhz yaranmış yeni şəraitə adekvat reaksiya bu gün ciddi iqtisadi nəticələr əldə etməyə imkan verib. Ölkə Prezidentinin iqtisadi islıahatlar üzrə siyasəti davamlı və dayanıqlı xarakter daşıyır.”

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı çıxışında bildirib ki, aparılan iqtisadi islahatların Quba-Xaçmaz bölgəsində turizm, meyvə-tərəvəz, nəqliyyat-logistika sahələrinin inkişafında rolu olacaqdır: “Bu il ərzində ən çox ixrac edilən qeyri-neft sektorunun məhsulu kimi pomidorun istehsalında şimal-şərq bölgəsinin əhəmiyyəti böyükdür. Dövlət bir tərəfdən infrastrukturu inkişaf etdirməklə, digər tərəfdən isə əlverişli biznesi mühiti yaratmaqla, həmçinin təşviq siyasəti vasitəsilə bölgələrin inkişafını təmin edir. Azexport portalı və digər ixrac təşviqi tədbirləri Quba-Xaçmaz zonasından məhsul ixracının artmasına töhvə verir.”

Bundan sonra İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin layihə nəzarəti və qiymətləndirmə meneceri Namiq Şalbuzov öz çıxışını "Azərbaycan Respublikasında iqtisadi islahatlar: Quba – Xaçmaz iqtisadi rayonunda kənd təsərrüfatının inkişaf perspektivləri" mövzusunda prezentasiya ilə təqdim edib.

Müzakirələrdə İqtisadiyyat nazirliyinin sektor müdiri Fariz Əhmədov, Vergilər nazirliyinin 3 saylı ərazi vergilər idarəsinin direktoru Sərxan Məmmədov və Kənd Təsərrüfatı nazirliyinin regional nümayəndələri iştirak edib.

İqtisadiyyat nazirliyinin sektor müdiri Fariz Əhmədov tədbir iştirakçılar təmsil etdiyi qurumun gördüyü işləri əhatə edən “Sahibkarlığın inkişafının dəstəklənməsi, biznes mühitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən islahatlar və Quba –Xaçmaz iqtisadi rayonu üzrə əldə edilmiş nəticələr” mövzusunda təqdimat edib.

Çıxışlar yekunlaşdıqdan sonra sahibkarları, bələdiyyə və ictimaiyyət nümayəndələrini maraqlandıran suallara cavablar verilib. Qeyd edək ki, iqtisadi islahat prosesi ilə bağlı müzakirələr Ağdam və Şəkidə də keçirilib. İsmayıllı, Gəncə, Şirvan, Lənkəran və Mingəçevirdə də bu mövzuda müzakirələr aparılacaq.

Qeyd edək ki, “Azərbaycanda iqtisadi islahatlar: Nailiyyətlər və perspektivlər” mövzusunda regional ictimai müzakirələr ölkədə aparılan islahat prosesinin daha geniş ictimaiyyətə çatdırılması, birbaşa dialoqların təşkil olunması, məlumatlılığın və maariflənmənin təmin edilməsi, dövlət-özəl dialoqun güclənməsinə töhfə vermək məqsədi ilə keçirilir.