"Bu Azərbaycanın, Gürcüstanın və Türkiyənin birgə qələbəsidir"- Kaxa Kaladze

"Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı Azərbaycanın, Gürcüstanın və Türkiyənin birgə qələbəsidir".

AzNews.az Report-a istinadən xəbər verir ki, bunu Gürcüstan baş nazirinin sabiq müavini və keçmiş energetika naziri, Tbilisi şəhərinin yeni meri Kaxa Kaladze jurnalistlərə açıqlamasında bildirib.

K.Kaladze deyib ki, üç ölkənin iştirakı ilə bir sıra dünya miqyaslı layihələr həyata keçirilir. O vurğulayıb ki, Bakı-Tbilisi- Ceyhan neft, Bakı-Tbilisi-Ərzrum qaz kəmərləri artıq regionun inkişafında və Avropanın enerji təminatında mühüm rol oynayır: "Bakı-Tbilisi-Qars dəmir yolunun da istismara verilməsi bizim birgə qələbəmizdir və bu böyük tarixi hadisədir.

İnanıram ki, Bakı-Tbilisi-Qars dəmir yolu regionda sülhün bərqərar olunmasında, iqtisadi, siyasi inkişafımizda, eləcə də dünya ölkələri arasında iqtisadi-ticarət əlaqələrinin, mədəni münasibətlərin genişlənməsində mühüm rol oynayacaq”.