“Gürcüstanın təbii qaza olan bütün tələbatını Azərbaycan ödəyir”. “Gürcüstanın təbii qaza olan bütün tələbatını Azərbaycan ödəyir”.

Azərbaycan Gürcüstanın təbii qaza olan bütün tələbatını ödəyir

“Gürcüstanın təbii qaza olan bütün tələbatını Azərbaycan ödəyir”.

AzNews.az APA-ya istinadən xəbər verir ki, bunu Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Giorgi Çikovani deyib.

O bildirib ki, Gürcüstan bu il Rusiyadan təbii qaz idxal etməyəcək: “Hazırda Gürcüstan təbii qazı Azərbaycandan iki istiqamət üzrə - “Şahdəniz” konsorsiumu və “SOCAR” şirkətindən əldə edir”.

G.Çikovanin qeyd edib ki, “Qazprom” şirkəti ilə imzalanmış müqavilə məxfidir və ictimaiyyətə açıqlana bilməz: “Müqavilələrdə qeyd olunub ki, əgər Gürcüstanın pik vaxtlarda və ya qəza zamanı əlavə təbii qaz həcminə ehtiyacı olarsa, o zaman həmin həcm Rusiya və ya digər ölkələrdən tədarük oluna bilər. Lakin hazırda buna ehtiyac yoxdur”.

Qeyd edək ki, Gürcüstanın 2018-ci il üçün təbii qaza olan ehtiyacı 2,689 mlrd. kub metr həcmində proqnoz olunub. Bu həcmin 99,65%-ni Azərbaycan təmin edəcək. Qonşu ölkə təbii qaz həcminin 1,866 mlrd. kub metrini “SOCAR” şirkətindən, 813 mln. kub metrini isə “Şahdəniz” yatağından əldə edəcək. Yerdə qalan 0,35% isə (9,41 mln. kub metr) yerli hasilatın payına düşəcək.