Azərbaycanda martın 14-də əsas qiymətli metalların qiyməti bahalaşıb. Azərbaycanda martın 14-də əsas qiymətli metalların qiyməti bahalaşıb.

Ölkədə qızıl-gümüş bazarında bahalaşma

Azərbaycanda martın 14-də əsas qiymətli metalların qiyməti bahalaşıb.

AzNews.az Trend-ə istinadən xəbər verir ki, son 30 gün ərzində (14 fevral - 14 mart) Azərbaycanda qızılın qiyməti 2 268,97 manatdan 2 257,25 manatadək azalıb. Bu müddət ərzində ən yüksək göstəriciyə qızıl fevralın 19-u nail olub - 2 291,45, ən aşağı göstərici isə martın 1-i qeydə alınıb - 2 234,94 manat

Bununla belə, 30 günlük müddətdə qızılın ucuzlaşmasına baxmayaraq ilin əvvəlindən qiymətlər 33,47 manat (1,5 faiz) artıb.

Gümüş 0,9 faiz bahalaşaraq 1 unsiya üçün 28,2536 manata çatıb.

Platinin qiyməti 1 646,773 manatadək (0,7 faiz artıb), palladiumun qiyməti isə 1 668,219 manatadək (1,44 faiz artım) artıb.