- Köhnə - İqtisadiyyat
- 10 Aprel 2018 19:58
- 2 589
Bitkoin yenə ucuzlaşır?
![](https://www.aznews.az/storage/2017/10/26/bitcoinhesabiacmaginyolu-640x429.jpg)
Ötən gün 7 min dollar həddini keçdikdən sonra bitkoin eniş nümayiş etdirib.
AzNews.az Trend-ə istinadən xəbər verir ki, ekspertlər kriptovalyutanın qiymətinin yaxın zamanlarda kəskin arta biləcəyini ehtimal edir.
"CoinMarketCap" portalınını məlumatlarına əsasən, bitkoinin qiyməti 4,91% azalaraq 6,785 min dollar təşkil edib.
Alternativ kriptovalyutaların qiymətləri də azalıb. Belə ki, "Ethereum" 2,42% və ya 400,62 dollaradək, "Ripple" 3,8% (0,49 dollara qədər), "Bitcoin Cash" isə 4,73% (640,16 dollaradək) ucuzlaşıb.
Kriptovalyuta bazarının kapitallaşması hazırda 260,2 milyard dollar təşkil edir. Bu göstəricinin 44,2%-ə yaxını bitkoinin payına düşür.