SOCAR GPC kompleksinin inşasının vaxtı açıqlandı

Qaz emalı və polimer zavodlarından ibarət SOCAR GPC kompleksinin tikintisinə 2018-ci ilin sonu - 2019-cu ilin əvvəlində başlamaq planlaşdırılır.

AzNews.az Trend-ə istinadən xəbər verir ki, bu barədə ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə hesabatın ictimai dinləmələri zamanı "Sulaco" şirkətinin təqdimatında deyilir.

Qeyd olunub ki, bu layihənin əsas məqsədi təbii qazın ən yüksək beynəlxalq standartlara uyğun təmizlənməsi və emalıdır:

"Kompleks hər il 9,1 milyard kubmetr təmizlənmiş qaz, 600 min ton aşağı və yüksək təzyiqli polietilen, 130 min ton propilen, 42 min ton benzol, 25 min ton benzin verəcək. Həmçinin daxili istifadə üçün 32 min ton buten-1, 21 min ton heksen-1 istehsal olunacaq".

Kompleks Səngəçal qəsəbəsində 305 hektarda yerləşəcək.