Əmanətlərin Sığortalanması Fondu Azərbaycan Xammal və Əmtəə Birjası vasitəsilə ləğv prosesində olan “Bank Standard” QSC, “Texnikabank”, “Zaminbank”, “Dekabank”, “Bank of Azərbaycan” və “Qafqaz Inkişaf Bankı” ASC-lərin balansındakı daşınar və daşınmaz əmlakların 45 lot üzrə satışa çıxarır. Əmanətlərin Sığortalanması Fondu Azərbaycan Xammal və Əmtəə Birjası vasitəsilə ləğv prosesində olan “Bank Standard” QSC, “Texnikabank”, “Zaminbank”, “Dekabank”, “Bank of Azərbaycan” və “Qafqaz Inkişaf Bankı” ASC-lərin balansındakı daşınar və daşınmaz əmlakların 45 lot üzrə satışa çıxarır.

Ləğv prosesində olan 6 banka məxsus əmlaklar hərraca çıxarılır

Əmanətlərin Sığortalanması Fondu Azərbaycan Xammal və Əmtəə Birjası vasitəsilə ləğv prosesində olan “Bank Standard” QSC, “Texnikabank”, “Zaminbank”, “Dekabank”, “Bank of Azərbaycan” və “Qafqaz Inkişaf Bankı” ASC-lərin balansındakı daşınar və daşınmaz əmlakların 45 lot üzrə satışa çıxarır.

Fondun yaydığı məlumata görə, 7 lot üzrə əmlak birinci dəfə, 17 lot üzrə ikinci dəfə, 10 lot üçüncü dəfə, 11 lot üzrə dördüncü dəfə hərraca çıxarılır.

Hərraclar 16 iyul, 30 iyul və 06 avqust 2018-ci il tarixlərində keçiriləcək.

Hərrac açıq formada Azərbaycan Respublikası Xammal və Əmtəə Birjasında keçiriləcək.

AzNews.az