Vergilər Nazirliyində aparılan struktur islahatları çərçivəsində vergi yoxlamaları sahəsində də bir sıra yeniliklər həyata keçirilib. Vergilər Nazirliyində aparılan struktur islahatları çərçivəsində vergi yoxlamaları sahəsində də bir sıra yeniliklər həyata keçirilib.

Vergi yoxlamaları və nəzarət tədbirləri vahid mərkəzdən idarə olunacaq

Vergilər Nazirliyində aparılan struktur islahatları çərçivəsində vergi yoxlamaları sahəsində də bir sıra yeniliklər həyata keçirilib.

Nazirlikdən "APA-Economics"ə verilən məlumata görə, vergi yoxlamalarının unifikasiyası və yoxlamaların keyfiyyət göstəricilərinin artırılması məqsədilə nazirliyin aparatında Vergi auditi departamenti yaradılıb. Departament nazirliyin digər strukturlarının vəzifələrinə aid edilmiş yoxlayıcı funksiyaları cəmləyəcək, sahibkarlıq subyektlərində aparılan vergi nəzarəti tədbirlərinin koordinasiyasını həyata keçirəcək.