Azərbaycandan aparılan bitkilər Rusiyaya buraxılmadı

Azərbaycandan Rusiyaya palma, qızıl gül və digər dekorativ bitkilər aparan iki yük maşının Rusiya ərazisinə daxil olmasına icazə verilməyib.

APA-nın "Mahaçqala xəbərləri" qəzetinə istinadən verdiyi məlumata görə, azərbaycanlı sahibkara məxsus yüklərin fitosanitar sənədləri olmayıb.

Buna görə də 150 palma, 100 qızıl gül və 389 digər dekorativ bitki Rusiya bazarına buraxılmayıb. Bitki karantini barədə qanunvericiliyi pozduğu üçün azərbaycanlı sahibkar inzibati məsuliyyətə cəlb olunub.

AzNews.az