Azərbaycan və Ukrayna əmtəə dövriyyəsinin bir milyard dollara çatdırılması üçün lazımi potensiala malikdirlər. Azərbaycan və Ukrayna əmtəə dövriyyəsinin bir milyard dollara çatdırılması üçün lazımi potensiala malikdirlər.

Azərbaycan-Ukrayna arasında 1 milyard dollarlıq dövriyyə?

Azərbaycan və Ukrayna əmtəə dövriyyəsinin bir milyard dollara çatdırılması üçün lazımi potensiala malikdirlər.

AzNews.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev "İnformator" internet nəşrinə deyib.

A.Xudiyev bildirib ki, son bir ildə ölkələr arasında əmtəə dövriyyəsi 2,5 dəfə artıb.

İki ölkə arasında humanitar sahədə əməkdaşlığa toxunan diplomat xatırladıb ki, bu gün Kiyevdə Müslüm Maqomayev adına bağın yenidənqurmadan sonra açılışı olacaq. Açılış mərasimində Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayev iştirak edəcək.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, Ukrayna ilə Azərbaycanın əmtəə dövriyyəsi 2017-ci ildə 810,28 milyon dollar təşkil edib. Azərbaycan məhsullarının Ukraynaya ixracının payına 350,4 milyon dollar düşüb. İl ərzində əmtəə dövriyyəsi 2,5 dəfə, Azərbaycandan Ukraynaya ixrac isə təqribən 8 dəfə artıb.