“Boing” təyyarələri texniki baxışdan Azərbaycanda keçəcək - Video

"Boing" yük təyyarələrinə artıq Azərbaycanda texniki baxış mümkün olacaq. Buna həm mühəndislərin texniki hazırlığı, həm də yeni inşa olunmuş anqar imkan verəcək. 115 ton yük götürmək qabiliyyətinə malik olan "Boing 747-400 f" təyyarələrinin texniki baxışı artıq Lüksemburqda deyil, ölkəmizdə həyata keçiriləcək.

Azərbaycanın yükdaşıma aviaşirkəti olan "Silk Way" Lüksenburqun Kargoluks şirkəti ilə birgə Azərbaycanda ilk dəfə olaraq "Boing 747-400 f" yük təyyarəsinə texniki xidmət həyata keçirdi. Buna qədər isə Azərbaycana məxsus olan 3 ədəd "Boing 747 -400 f" yük təyyarələrinə texniki baxış Lüksemburqda həyata keçirilirdi. Bundan sonra bu növ yük təyyarələrinə texniki xidmət yüksək dərəcəli mühəndis heyəti tərəfindən yeni inşa olunmuş və müasir tələblərə cavab verən anqarında göstəriləcək.

Beləliklə, Azərbaycanda yükdaşıyan hava gəmilərini texniki baxışı üçün xarici ölkələrə aparmağa ehtiyac qalmayacaq. "Kargoluks" avişirkətinin vitse-prezidenti Onno Albert təyyarələrə texniki baxış keçirmək üçün yerli mühəndislərə xüsusi treninq keçildiyini bildirdi: "Bu illər ərzində "Silk Way" şirkətinin heyəti tərəfindən çox yüksək təşəbbüslər göstərilib. Hazırda texniki xidmət baxımından yüksək səviyyəyə çatıb. Anqar inşa olunub və biz hal-hazırda, hava gəmilərinin texniki baxışını həyata keçirəcəyik".

"Boning 747-400f" yük təyyarələri dünyada ən böyük yükdaşıma gəmisidir və çox mürəkkəb sistemə malikdir. Gəminin üstün cəhətlərindən biri çox uzaq məsafələrə belə yük daşımaq qabiliyyətinin olmasıdır.







AzNews.az