Medvedev Şimali Qafqaza 20 mlrd rubl ayırdı

Rusiyanın Baş naziri Dmitri Medvedev 2012-2013-cü illər dövlət büdcəsindən əlavə olaraq, Şimali Qafqaza 20 milyard rubl pul ayırıb.

"Ayrılan vəsait Qafqaz mineral sularının və infrastrukturun yenidən qurulması üçün nəzərdə tutulub və bu, gələn il də davam edəcək", - deyə Baş nazir ölkənin sosial-iqtisadi inkişafına həsr olunmuş iclasda bildirib.

Qeyd edək ki, Rusiya hökuməti qəbul etdiyi uzunmüddətli tədbirlər planına görə, 2020-ci ildək sözügedən regionda 5 turizm mərkəzinin tikilib istifadəyə verilməsini planlaşdırır.

AzNews.az