Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, ölkənin canlı neft ensiklopediyası hesab olunan akademik Xoşbəxt Yusifzadə neftin qiyməti ilə bağlı proqnozunu açıqlayıb. Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, ölkənin canlı neft ensiklopediyası hesab olunan akademik Xoşbəxt Yusifzadə neftin qiyməti ilə bağlı proqnozunu açıqlayıb.

Neftlə bağlı proqnoz - VİDEO

Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, ölkənin canlı neft ensiklopediyası hesab olunan akademik Xoşbəxt Yusifzadə neftin qiyməti ilə bağlı proqnozunu açıqlayıb.


ANS TV-nin məlumatına görə, o deyib ki, qara qızılın qiyməti hər zaman dalğavari şəkildə artıb-azalıb. İndiki enişdən sonra da neftin bahalaşması qaçılmazdır. Amma onun fikrincə bugünkü qiymət, yəni təxminən 60 dollar da əsas layihələri davam etdirməyə imkan verir. Xoşbəxt Yusifzadə neftin qiyməti ilə bağlı təşvişə heç bir səbəb olmadığını özünəməxsus şəkildə əsaslandırıb.

Xoşbəxt Yusifzadə həmçinin neftin qiymətinin enməsinin əsas işlərə təsir etməyəcəyini bildirib.

Xoşbəxt Yusifzadə 1994-cü ildə neftin 1 barelinin 16 dolar olduğunu bir daha xatırlatdı. Bir sıra işlərin dayana biləcəyini deyən X.Yusifzadə yeni quyuların axtarışının da başlanacağını bildridi.