Neftin qiyməti aşağı düşdü

Brent markalı neftin qiyməti yenə aşağı düşüb.



AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı "korrespondent" saytı yayıb.

Məlumatda deyilir ki, London hərracında Brent markalı neftin bir barelinin qiyməti 2.41 dollar aşağı düşərək 54.67 dollar olub.

Amerikanın yüngül neft markası olan WTI-nin qiyməti isə (44.84 dollar) Nyu-York hərracında dəyişməyib.