Neftin qiyməti aşağı düşdü

Brent markalı neftin qiyməti aşağı düşüb.


AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı "24today" saytı yayıb.

Məlumata görə, Londonun İCE birjasında Brent markalı neftin bir barelinin qiyməti 0.25 dollar düşərək 64.75 dollar olub.

WTI markalı neftin qiymətində də enmə müşahidə olunub.

Nyu-Yorkun NYMEX birjasında bu markadan olan neftin qiyməti 0.12 dollar enərək 59.18 dollar təşkil edib.