AZAL-ın tariflərində yenilik

"Azərbaycan Hava Yolları" QSC (AZAL) bir sıra Avropa şəhərlərinə aviabiletlərə xüsusi tarifin tətbiqi müddətini artırıb

APA-nın verdiyi məlumata görə, Bakı-Praqa-Bakı, Bakı-Milan-Bakı, Bakı-Roma-Bakı, Bakı-London-Bakı və Bakı-Paris-Bakı istiqamətindəki uçuşlara, gediş-dönüşün dəyəri 200 avro olan (hava limanı yığımları daxil deyil), xüsusi güzəştli ekonom-sinif tarifi tətbiq edilib: "Turizm şirkətlərinin çoxsaylı müraciətlərini nəzərə alaraq və Avropaya səyahət edən sərnişinlərə daha əlverişli şərait yaratmaq məqsədilə, AZAL bu aksiyanın müddətini dekabrın 25-dək uzadılması barədə qərar verib".

Bundan öncə kampaniyanın oktyabrın 31-dək keçirilməsi nəzərdə tutulurdu.

Qeyd edək ki, bu xüsusi tarifli aviabiletlərin rəsmiləşdirilməsi yalnız "gediş-dönüş" olmaq şərti ilə, turizm paketlərinin daxilində və ilk uçuş nöqtəsi Bakı olduğu halda mümkündür.

AzNews.az