- Köhnə - İqtisadiyyat
- 10 Noyabr 2015 20:17
- 3 172
Azərbaycandan Almaniyaya etiraz
Almaniyanın Berlin şəhərində Ticarət və İnvestisiyalar üzrə Azərbaycan-Almaniya Yüksək Səviyyəli İşçi Qrupunun 5-ci iclası keçirilib.
AzNews.az-ın anspress-ə istinadən məlumatına görə, iclasa Azərbaycan və Almaniya nümayəndələri həmsədrlik ediblər.
Azərbaycanlı həmsədr İqtisadiyyat və Sənaye Nazirliyinin Aparat rəhbəri Samir Vəliyev, Almaniya tərəfindən isə Federal İqtisadi Məsələlər və Enerji Nazirliyinin xarici iqtisadi siyasət üzrə baş direktoru Ekard Franz olublar.

Samir Vəliyev - İqtisadiyyat və Sənaye Nazirliyinin Aparat rəhbəri
İclasda bu ilin iyun ayında Almaniya Bundestaqının Azərbaycanla bağlı qərəzli və qeyri-obyektiv qətnaməsindən, bəzi alman şirkət və təşkilatlarının Azərbaycanın işğal edilmiş ərazilərində qeyri-qanuni fəaliyyətindən danışılıb.
Həmin şirkətlər haqqında məlumatlar qarşı tərəfə təqdim olunub və onların qanunsuz fəaliyyətinin qarşısının alınması ilə bağlı tədbirlərin görülməsinin vacibliyi vurğulanıb, belə halların 2 ölkə arasında əməkdaşlığın inkişafına mənfi təsir göstərdiyi bildirilib.
Almaniya tərəfi həmçinin, bəzi alman şirkət və təşkilatlarının işğal olunmuş Azərbaycan ərazilərində fəaliyyəti məsələsinin araşdırılacağını qeyd edib.
Məlumat üçün bildirək ki, bu gün Azərbaycanda 183 alman şirkəti fəaliyyət göstərir. Almaniya tərəfindən əsas kapitala 475,5 milyon ABŞ dolları, o cümlədən qeyri-neft sektoruna 345,2 milyon ABŞ dolları həcmində investisiya qoyulub. 2013-cü illə müqayisədə 2014-cü ildə ticarət dövriyyəsi 21 faiz artıb.

Almaniyanın Azərbaycana qoyduğu investisiya (milyon ABŞ dolları ilə)