Dünya bazarında neftin qiyməti sürətlə azalmaqda davam edir. Dünya bazarında neftin qiyməti sürətlə azalmaqda davam edir.

Neft niyə ucuzlaşır? – İqtisadçı təhlili

Dünya bazarında neftin qiyməti sürətlə azalmaqda davam edir.


Bu gün ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 32,86 dollar olub. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının son gedişində WTI neftinin qiyməti 1 barelə görə 32,68 dollar təşkil edib.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban neftin qiymətinin sürətlə aşağı düşməsinin nəticələri barədə danışıb. Ekspert AzNews.az-a açıqlamasında dünya bazarında neftin qiymətinin aşağı düşməsini dünya iqtisadiyyatının çökməsi ilə əlaqələndirib: "Dünya fond birjası və qlobal iqtisadiyyat çökür. Azalma hələ davam edəcək. Dünyada iqtisadiyyat "diriləndən" sonra, neftin qiymətinə təsir edəcək. Həftənin ilk günündən bu günə kimi netin qiyməti 8 faiz aşağı düşüb".

İ.Şaban qeyd edib ki, netin qiymətinin aşağı düşməsi Çindən gələn neqativ məlumatlara söykənir: "Ötən il təzə başlayanda neftin qiyməti 65 dollardan 45 dollara kimi azaldı. Sonra isə Brent markalı neftin orta qiyməti 47 dollarda qərarlaşdı. Ancaq fevral ayında isə 10 faiz artım müşahidə olunub. Belə bir hal təcrübədə var.

Lakin hazırda Çindən çox neqativ məlumatlar gəlir, bu da bazara təsirini göstərir və qiymətlər ucuzlaşır".

İ.Şaban onu da vurğulayıb ki, neftin ucuzlaşması iqtisadiyyatı neft üzərində qurulan ölkələri münaqişələrə təhrik edir: "Qlobal müharibələrin olması nəzəri baxımından mümkündür. İqtisadi cəbhədə bu müharibə davam edəcək".

Bahar RÜSTƏMLİ
AzNews.az