Maliyyə naziri Samir Şərifov bir neçə gün əvvəl Milli Məclisin qəbul etdiyi və böyük səs-küyə səbəb olan “Valyuta tənzimi haqqında” qanuna dəyişiklikləri şərh edib. Maliyyə naziri Samir Şərifov bir neçə gün əvvəl Milli Məclisin qəbul etdiyi və böyük səs-küyə səbəb olan “Valyuta tənzimi haqqında” qanuna dəyişiklikləri şərh edib.

Kimlər ölkədən valyuta çıxara bilər? - Nazir şərh etdi

Maliyyə naziri Samir Şərifov bir neçə gün əvvəl Milli Məclisin qəbul etdiyi və böyük səs-küyə səbəb olan “Valyuta tənzimi haqqında” qanuna dəyişiklikləri şərh edib.


Bu qanunda göstərilir ki, ölkədən xaricə 50 min dollardan artıq valyuta çıxarılmasına 20%-lik rüsum tutula bilər.

Bu müddəanın ölkədə fəaliyyət göstərən əcnəbilərə aid olub-olmaması mübahisələr yaratmışdı. Hətta İngiltərənin "Financial Times" qəzeti belə bu haqda yazıb.

Maliyyə naziri Samir Şərifov ANS-ə müsahibəsində bütün suallara nöqtə qoyub.

Məsələdə yanlış anlaşılma var, məhdudiyyət əcnəbilərə aid deyil:

"Hər hansı xarici fiziki şəxs Azərbaycana 10 milyon dollar məbləğində investisiya qoyub. Bu şəxsin qoyduğu 10 milyon dollarlıq investisiya müqabilində bir neçə ildən sonra ümumilikdə 15 milyon dollar qazanc əldə edib.

Onun 10 milyonu şübhəsiz ki, qoyduğu investisiyadır. Bu 10 milyon məbləği maneəsiz xaric köçürə bilər. Yerdə qalan 5 milyonla isə ölkə daxilində mənfəət vergisi daxil digər bütün vergiləri də ödəməlidirlər. Eyni zamanda vəsaitin bir qismini xaricə ötürdükdə isə mənbədə 10 faiz vergi tutulur.

Burda heç bir dəyişiklik edilməyib, bu, həmişə olub. Bunu da onlar ödəyirlər. Bunlara bu 20 faizlik yığım tətbiq olunmur".