“Didqori” zirehli avtomobillərinin müxtəlif modellərinin istehsalı da planlaşdırılır “Didqori” zirehli avtomobillərinin müxtəlif modellərinin istehsalı da planlaşdırılır

Gürcüstan pilotsuz uçuş aparatları istehsal edəcək

“Didqori” zirehli avtomobillərinin müxtəlif modellərinin istehsalı da planlaşdırılır

Gürcüstan Müdafiə Nazirliyinin “Delta” Elmi-Texniki Mərkəzi (ETM) pilotsuz uçuş aparatları (PUA), helikopter və təyyarələrin istehsalına başlayacaq.

AzNews.az xarici mətbuata istinadla xəbər verir ki, “Delta” ETM-dən bildirilib ki, mərkəzin zavod və digər müəssisələri çoxfunksiyalı “Didqori” zirehli avtomobillərinin müxtəlif modellərinin istehsalını da planlaşdırır.

Bu kompleksə “Didqori-1” patrul, “Didqori 3” kəşfiyyat, piyada döyüş maşını “Lazika”, yaylım atəşləri üçün PC-122 raket sistemi, minaları zərərsizləşdirən buldozerlər və s. avtomobillər daxildir. Bununla yanaşı, mərkəz zirehli geyim və dəmir baş geyimlərini də istehsal edəcək.

Qeyd edək ki, “Delta” zavodunda yanğınsöndürən texnikanın istehsalı da nəzərdə tutulub.

Nigar CƏFƏR

AzNews.az