O, Leyla İsmayılovanın yaşadığı evə baş çəkib və gəncə noutbuk hədiyyə edib. O, Leyla İsmayılovanın yaşadığı evə baş çəkib və gəncə noutbuk hədiyyə edib.

Mer əlil gəncin arzusunu yerinə yetirdi - FOTOLAR

O, Leyla İsmayılovanın yaşadığı evə baş çəkib və gəncə noutbuk hədiyyə edib.

Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Bolnisi rayonunun meri David Şerazadişvili rayonun Naxiduri kəndinin 18 yaşlı fiziki məhdudiyyətli sakini Leyla İsmayılovanın arzusunu yerinə yetirib.

Bu barədə Bolnisi rayon bələdiyyəsi məlumat yayıb.

L.İsmayılova bir neçə ay öncə kənddə sosial təminatsız və məhdud fiziki imkanlı qadınlarla bağlı keçirilmiş görüşdə şəxsi kompüterinin olmasını arzu etdiyini bildirib. O, noutbukun onun cəmiyyətə inteqrasiyasına və daha fəal olmasına kömək edəcəyini deyib.

D.Şerazadişvili bu gün L.İsmayılovanın yaşadığı evə baş çəkib və gəncə noutbuk hədiyyə edib.

Bolnisi rayon bələdiyyəsi L.İsmayılovanın ailəsinin vəziyyətini daim diqqət mərkəzində saxladığını qeyd edib. (report)

AzNews.az

image description image description image description image description