“Xalqımız edam qərarının tətbiq olunmağı üçün bu qədər tələsməməlidir” “Xalqımız edam qərarının tətbiq olunmağı üçün bu qədər tələsməməlidir”

“Babək Zəncani yalnız ondan sonra edam olunacaq” - Vəkil

“Xalqımız edam qərarının tətbiq olunmağı üçün bu qədər tələsməməlidir”

İran məhkəməsi, Babək Zəncanini edam etmək üçün dövlətdən oğurladığı pulların qaytarılmağını gözləyir.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, İranda 2.8 milyard dollarlıq fırıldaqçılıqda ittiham olunan Babək Zəncaninin işi yenidən gündəmə gəlib.

Zəncaninin niyə edam olunmadığı barədə suala İran məhkəməsinin rəhbər vəkili Hadi Sadiqi cavab verib. O, Babək Zəncaninin bütün mal varlığı xəzinəyə gətiriləndən sonra edam olunacağını açıqlayıb:

“Xalqımız edam qərarının tətbiq olunmağı üçün bu qədər tələsməməlidir. Çünki xaricdəki ipuclarını itirmək istəmirik. Bütün mallar xəzinəyə qaytarılanda şübhəli edam olunacaq”.

Qeyd edək ki, korrupsiya və sənəddə saxtakarlıq edərək dövlətdən 2.8 milyard dollar oğurlamaqda təqsirləndirilən Zəncaniyə, 2016-cı ilin mart ayında edam cəzası verilib. İş adamının etirazından sonra həmin qərar 2016-cı ilin dekabr ayında Ali Məhkəmə tərəfindən də təsdiqlənib.

Pərvanə Ağazadə
AzNews.az