Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinə qripə görə məktəb və uşaq bağçalarının bağlanması tövsiyə olunacaq. Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinə qripə görə məktəb və uşaq bağçalarının bağlanması tövsiyə olunacaq.

Gürcüstanda qripə görə məktəblər bağlana bilər

Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinə qripə görə məktəb və uşaq bağçalarının bağlanması tövsiyə olunacaq.

Bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin elmi rəhəbri Paata İmnadze bildirib.

O deyib ki, bu həftə ərzində qrip virusunun yayılmasının azalma tendensiyası müşahidə olunur: “Məktəb və uşaq bağçalarının bağlanılması tələbi əsasən postsovet ölkələrinə aiddir. Bir sıra qərb ölkələrinin bununla bağlı təcrübəsi var. İnsanlar məktəb və uşaq bağçasından kənarda xəstələnmir? Bizim tövsiyə epidemioloji vəziyyətdən asılı olacaq. Hazırda 100 min nəfər əhaliyə 256 qrip virusuna yoluxma halı düşür. Bu həftə ərzində vəziyyət müşahidə olunacaq və ondan sonra təhsil sistemi ilə bağlı tövsiyəmiz olacaq”.

Qeyd edək ki, Gürcüstanda “donuz qripi” adlandırılan A (H1N1) virusundan 13 nəfər ölüb. Ölkədə bu virusa 158 yoluxma halı təsdiq olunub.

Hazırda uşaq bağçaları və məktəblərdə yanvarın 14-nə qədər qış tətilidir.(report.az)

© AzNews.az