Hal-hazırda yeddi nəfərin meyiti aşkar edilib. Hal-hazırda yeddi nəfərin meyiti aşkar edilib.

Tehrandakı təyyarə qəzasında yalnız 1 nəfər sağ qalıb - YENİLƏNİB -2

Hal-hazırda yeddi nəfərin meyiti aşkar edilib.

Tehran yaxınlığında qəzaya uğrayan təyyarənin göyərtəsində 16 nəfər olub.

AzNews.az FARS xəbər agentliyinə istinadən xəbər verir ki, İranın Fövqəladə Hallar üzrə idarəsinin yaydığı xəbərə görə, yalnız 1 nəfər – təyyarənin mühəndisi sağ qalıb.

Qeyd olunur ki, təyyarə İran ordusuna aiddir. Hal-hazırda yeddi nəfərin meyiti aşkar edilib.

11.31

Bu gün səhər saatlarında göyərtəsində 10 nəfərin olduğu Boeing-707 təyyarəsi Tehran yaxınlığında qəza enişi etməli idi. Lakin pilot avialayneri endirməyi bacarmayıb.

AzNews.az FARS agentliyinə istinadən xəbər verir ki, təyyarəyə əyləc yolu bəs etmədiyindən yaşayış ərazisinə düşüb.

Qəzaya səbəb əlverişsiz hava şəraiti olub.

FARS agentliyi həmçinin bildirib ki, təyyarə "Payam" aeroportuna enməkdən, səhvən “Fats” aeroportuna eniş edib.

10.29

İranın paytaxtı Tehran şəhərinin yaxınlığında Boeing 707 sərnişin təyyarəsi qəzaya uğrayıb.

AzNews.az TASS agentliyinə istinadən xəbər verir ki, təyyarənin göyərtəsində 10-a yaxın şəxs olub.

Hadisə yerində qatı tüstü müşahidə olunur. Qəza yerinə təcili tibbi yardım maşınları və vertolyot cəlb edilib.

Hal-hazırda onların taleyi haqda məlumat yoxdur.

Fəridə Abdulla

AzNews.az