Matəm günündə dövlət orqanlarının və diplomatik nümayəndəliklərin binalarında bayraqlar endiriləcək. Matəm günündə dövlət orqanlarının və diplomatik nümayəndəliklərin binalarında bayraqlar endiriləcək.

Gürcüstanda matəm elan edildi

Matəm günündə dövlət orqanlarının və diplomatik nümayəndəliklərin binalarında bayraqlar endiriləcək.

Paytaxt Tbilisidə yaşayış binasında qaz sızması nəticəsində baş vermiş partlayışda 4 nəfərin ölümü ilə əlaqədar Gürcüstanda yanvarın 17-nə matəm elan edilib.

Bu barədə baş nazir Mamuka Baxtadze qərar qəbul edib. Matəm günündə dövlət orqanlarının və diplomatik nümayəndəliklərin binalarında bayraqlar endiriləcək.

Xatırladaq ki, Diqomi rayonunun Aftandil küçəsində qaz sızması nəticəsində partlayış baş verən binanın dağıntıları altından 4 nəfərin cəsədi çıxarılıb, 5 nəfər yaralanıb. Ölənlərdən biri uşaqdır. (qafqazinfo)

AzNews.az