"Rəsmi Tehranın bu addım qarşısında “cavab tədbirləri görmək haqqı var". "Rəsmi Tehranın bu addım qarşısında “cavab tədbirləri görmək haqqı var".

Amsterdamla Tehran arasında diplomatik qalmaqal

"Rəsmi Tehranın bu addım qarşısında “cavab tədbirləri görmək haqqı var".

Niderland Xarici İşlər Nazirliyi ölkənin İrandakı səfirliyinin iki əməkdaşının deportasiya edilməsindən sonra məsləhətləşmələr aparmaq üçün səfirini Tehrandan geri çağırdığını bildirib.

Xəbəri təsdiqləyən səfir bildirib ki, bu qərar İranın iki holland diplomatı “arzuolunmaz şəxslər” siyahısına salaraq ölkədən deportasiya etməsindən sonra qəbul olunub.

Məsələyə münasibət bildirən İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi deyib ki, holland diplomatların ölkədən deportasiya edilməsi ilə bağlı qərarı ölkənin Ali Milli Təhlükəsizlik Şurası verib:

“Niderland hökumətinin iki diplomatımıza əsassız ittihamlar irəli sürərək, onları bu ölkədən qovmasının ardınca biz də qarşılıqlı addım atmağa qərar verdik. Məsələ araşdırıldıqdan sonra, nəhayət, Ali Milli Təhlükəsizlik Şurası iki holland diplomatı “arzuolunmaz” şəxs adlandıraraq, ölkədən qovulmasına qərar verdi.

Hesab edirik ki, Niderland rəsmiləri hazırkı həssas beynəlxalq və regional şəraiti düzgün qiymətləndirməli, iki ölkə arasındakı münasibətlərin pisləşməsini istəyən müxalif qüvvələr istiqamətində hərəkət etməməlidir. İran İslam Respublikası Avropa ölkələri ilə münasibətdə hər hansı bir çaxnaşma yaranmasının tərəfdarı deyil. Buna baxmayaraq, biz milli mənafeyimizə qarşı olan hər hansı bir addıma qarşılıqlı addımla cavab verəcəyik”.

Qeyd edək ki, Niderlandda yaşayan 2 iranlı müxalifə terror aktı törədildikdən sonra Amsterdamla Tehran arasında diplomatik qalmaqal yaşanır. Niderland bu sui-qəsddə İranı ittiham edir. 2018-ci ilin iyun ayında Niderland hökuməti qətllərlə əlaqəli olaraq iki iranlı diplomatı ölkədən qovmuş, İran xüsusi xidmət orqanlarının isə bu terror aktlarında əlinin olduğunu bildirmişdi.

İran XİN isə 2 diplomatının Niderlanddan qovulmasından sonra bildirmişdi ki, rəsmi Tehranın bu addım qarşısında “cavab tədbirləri görmək haqqı var”.(teleqraf.com)

AzNews.az