"Əgər o, Gürcüstana gəlsə, o zaman həbsxanada yatmalıdır" "Əgər o, Gürcüstana gəlsə, o zaman həbsxanada yatmalıdır"

“Saakaşvili Gürcüstana qayıtsa, həbs olunacaq” - Bidzina İvanişvili

"Əgər o, Gürcüstana gəlsə, o zaman həbsxanada yatmalıdır"

“Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili vətəninə qayıtmayacaq, onu burada həbs gözləyir”.

Bu barədə “Gürcü arzusu –demokratik Gürcüstan” hakim partiyasının sədri Bidzina İvanişvili “İmedi” telekanalında “Pirispir” proqramında qonaq olarkən bildirib.

“O, (Saakaşvili-red.) sadəcə qorxaq insandır. Əgər o, Gürcüstana gəlsə, o zaman həbsxanada yatmalıdır”, - deyə İvanişvili söyləyib.

Qeyd edək ki, M.Saakaşvili 2013-cü ildə prezident seçkilərində Georgi Marqvelaşvili qalib gəldikdən sonra ölkəni tərk edib. Keçmiş dövlət başçısı dəfələrlə ölkəyə qayıdacağını, hakimiyyət dəyişikliyinə nail olacağını bəyan edib.

O, 2005-ci ildə deputat Valeri Qelaşvilini döydüyünə görə haqqında 6 il müddətinə axtarışla həbs qərarı verilib.(qafqazinfo.az)

AzNews.az