"Turnava iddialı tapşırıqları yerinə yetirməli olacaq" "Turnava iddialı tapşırıqları yerinə yetirməli olacaq"

“Gürcüstan hökumətində dəyişikliklər planlaşdırılmır” - Baş nazir

"Turnava iddialı tapşırıqları yerinə yetirməli olacaq"

“Gürcüstan hökumətində kadr dəyişikliklərinin həyata keçirilməsi planlaşdırılmır”.

Bunu ölkənin Baş naziri Mamuka Baxtadze deyib.

Onun sözlərinə görə, hazırkı mərhələdə hökumətdə kadr dəyişiklikləri nəzərdən keçirilmir: “Lakin əgər hər hansı bir nazir lazımı tempdən geri qalsa, qərar özünü çox gözlətməyəcək”.

M.Baxtadze ölkənin yeni iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turanavanı ictimaiyyətə təqdim edib. O bildirib ki, N.Turnava iddialı tapşırıqları yerinə yetirməli olacaq.

Yeni nazir öz növbəsində hökumət başçısına ona göstərilən yüksək etimada görə təşəkkür edib: “Bizim zamanında yerinə yetirilməli olan konkret vəzifə və tapşırıqlarımız var. Etimadı doğrultmaq üçün mümkün olan hər şeyi edəcəyəm”.

Qeyd edək ki, Gürcüstanın keçmiş iqtisadiyyat və davamlı inkişaf naziri Girogi Kobulia ötən gün tutduğu vəzifədən azad olunub. N.Turnava nazir postuna təyinat alana qədər G.Kobulianın müavini olub.(report.az)

AzNews.az