İran polisi siqaret çəkən gəncə hücum edərək onu təhqir edib İran polisi siqaret çəkən gəncə hücum edərək onu təhqir edib

Siqaret çəkdiyi üçün saxlanıldı...

İran polisi siqaret çəkən gəncə hücum edərək onu təhqir edib

Güney Azərbaycanın Təbriz şəhərində bir gənc Ramazan ayında siqaret çəkdiyi üçün polis tərəfindən saxlanılıb.

İran polisi siqaret çəkən gəncə hücum edərək onu təhqir edib.

Soydaşımızın iş yerində siqaret çəkdiyi üçün saxlandığı bildirilir.

Adı açıqlanmayan şəxs müqavimət göstərsə də, onu dəyənəklə döyən polisə təslim olmağa məcbur edilib.

İran məhkəmə sisteminin qərarına görə, Ramazan ayında ictimai məkanlarda yemək yemək və siqaret çəkmək qadağandır. Bununla bağlı saxlanılanlara şallaq, həbs və ya cərimə cəzası verilir. Bu ittihamla saxlanılan şəxsin məhkəmə hökmünə etiraz etmək hüququ yoxdur.(teleqraf.com)

AzNews.az