İran və Çin liderləri arasında görüş olub İran və Çin liderləri arasında görüş olub

İran və Çin liderləri görüşdülər

İran və Çin liderləri arasında görüş olub

“Tasnim” agentliyinin verdiyi xəbərə görə, Həsən Ruhani və Si Cinpin arasında görüş Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının 19-cu zirvə toplantısı çərçivəsində baş tutub.

“ABŞ hökumətinin İran, Çin və digər ölkələrə qarşı təzyiqləri Asiya regionunda və dünyada hökmranlığı ələ almağa yönəlib. İran və Çinin ABŞ-ın təktərəfli siyasətinə qarşı mübarizəsi hər iki ölkənin, Asiya regionun və ümumilikdə dünyanın marağına uyğundur. İran xalqı sübut edib ki, xarici təzyiqlər onu sarsıtmır, əksinə birləşdirir və daha dözümlü edir”,- deyə H.Ruhani görüş zamanı bildirib.

Çinin sədri S.Cinpin isə ölkəsinin İranla regional və beynəlxalq səviyyədə əməkdaşlığı genişləndirməyə hazır olduğunu deyib.(apa.az)

AzNews.az