- Ermənistan və Gürcüstan
- 12 Avqust 2019 13:10
- 3 399
Gürcüstanın “Rustavi 2” televiziya kanalı satışa çıxarılıb
K.Xalvaşi “Rustavi 2”nin ciddi maliyyə böhranı yaşadığını qeyd edib
Gürcüstanın müxalif “Rustavi 2” televiziya kanalı satışa çıxarılıb.
Bu barədə televiziyanın sahibi, iş adamı Kibar Xalvaşi bəyanat yayıb.
O, televiziyanın ən yüksək qiymət təklif edəcək şəxsə satılacağını bildirib.
K.Xalvaşi “Rustavi 2”nin ciddi maliyyə böhranı yaşadığını qeyd edib.
Kanal rəhbəri ciddi niyyəti olan və 1 milyon dollar bank zəmanəti təqdim edəcək şəxslərlə müzakirə aparmağa hazır olduğunu deyib.
O, “Rustavi 2” kanalının yenidən uğurlu şirkət olacağına ümid etdiyini vurğulayıb. (Report)
AzNews.az