Gürcüstanın Qori rayonu ərazisində baş verən meşə yanğını güclənib Gürcüstanın Qori rayonu ərazisində baş verən meşə yanğını güclənib

Gürcüstanda meşə yanğınının miqyası genişlənib

Gürcüstanın Qori rayonu ərazisində baş verən meşə yanğını güclənib

APA-nın yerli bürosu Gürcüstan Fövqəladə Hallar İdarəsinə istinadən xəbər verir ki, yanğınsöndürmə işlərinin aparıldığı Sakauri kəndi yaxınlığında yanğınla mübarizə işlərinin əlaqəli aparılmasını təmin etmək məqsədi ilə sahə qərargahı yaradılıb.

Meşə yanğınının söndürülməsi işlərinə iki helikopter, 10 yanğınsöndürən və 3 xilasedici maşın, 9 köməkçi texnika, 170 yanğınsöndürən və xilasedicilər cəlb edilib. Əməliyyata bütün Şida Kartli regionundan, eyni zamanda Samtsxe-Cavaxeti və Tbilisidən yanğınsöndürmə briqadaları cəlb olunub. Hazırkı məlumata görə yanğın 40 hektar əraziyə yayılıb.