Bu dəyişikliklər biznesin marağında olacaq Bu dəyişikliklər biznesin marağında olacaq

Gürcüstanda vergi intizamı sərtləşdiriləcək

Bu dəyişikliklər biznesin marağında olacaq

Gürcüstanda yaxın gələcəkdə vergi intizamı sərtləşdiriləcək.

Bu barədə ölkənin baş naziri vəzifəsinə namizəd Giorgi Qaxaria parlamentdə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, biznes vergi intizamının sərtləşdirilməsini dəstəkləyəcək: “Bizim kifayət qədər liberal vergi qanunvericiliyimiz var. Lakin bəzi dəyişikliklər olacaq. Bu dəyişikliklər biznesin marağında olacaq. Belə ki, oyun qaydaları hamı üçün bərabər olmalıdır”.

G.Qaxaria həmçinin bildirib ki, korrupsiyaya qarşı mübarizə hökumətin daimi fəaliyyət istiqaməti olacaq. O qeyd edib ki, ölkədə rüşvətxorluğa qarşı bütün növ mübarizə vasitələri var. (report)

AzNews.az