- Ermənistan və Gürcüstan
- 14 Sentyabr 2019 21:34
- 4 570
Yol qəzası üç nəfəri həyatından etdi

Qəzaya səbəb “PK” avtomobilinin qarşı yola çıxması olub
İranın şimal-şərqində yerləşən Rəzəvi Xorasanı vilayətinin Quçan rayonunda “Rio” markalı avtomobil “PK” avtomobili ilə toqquşub.
Bunu İranın Rəzəvi Xorasanı vilayətinin Quçan rayonu hüquq-mühafizə orqanının polis rəisi polkovnik Qədir Mesrxani deyib.
Q.Mesrxaninin sözlərinə görə, nəticədə 1 nəfər hadisə yerində, 2 nəfər isə xəstəxanada həlak olub.
Polis rəisi qəzada 6 nəfərin də yaralandığını və yaralıların xəstəxanaya çatdırıldığını deyib.
Polis rəsmisi bildirib ki, qəzaya səbəb “PK” avtomobilinin qarşı yola çıxması olub.(trend.az)
AzNews.az