Məktəbdə hazırda 150 şagird təhsil alır Məktəbdə hazırda 150 şagird təhsil alır

Gürcüstanda Azərbaycandilli yeni məktəb binasının açılışı oldu

Məktəbdə hazırda 150 şagird təhsil alır

Gürcüstanda fəaliyyət göstərən Azərbaycandilli məktəblərdə yeni dərs ili başlayıb.

Dərs ilinin ilk günündə Marneuli rayonunda yerləşən 1 saylı ictimai məktəb binasının əsaslı təmirdən sonra açılış mərasimi keçirilib. Mərasimdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Gürcüstan Təhsil, elm, mədəniyyət və idman nazirinin müavini Levan Xaratişvili, Kvemo-Kartli qubernatoru Şota Rexviaşvili, Marneuli İcra başçısı Zaur Darğallı, millət vəkili Ruslan Hacıyev və yerli icma nümayəndələri iştirak ediblər.

Qeyd olunub ki, yararsız vəziyyətdə olduğu üçün 2016-cı ildə sökülən köhnə məktəb binasının yerində yenisinin tikilməsi üçün büdcədən 1 milyon lari ayrılıb. Məktəbdə hazırda 150 şagird təhsil alır. (APA)