İstintaq Gürcüstan Cinayət Məcəlləsinin vəzifə səlahiyyətlərindən sui-istifadə maddəsi ilə aparılır İstintaq Gürcüstan Cinayət Məcəlləsinin vəzifə səlahiyyətlərindən sui-istifadə maddəsi ilə aparılır

Gürcüstanın Baş Prokurorluğu Prezidentlə bağlı istintaqa başladı - Qatili əfv edib

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin vəzifə səlahiyyətlərindən sui-istifadə maddəsi ilə aparılır

Gürcüstanın Baş Prokurorluğu Prezident Salome Zurabişvili barəsində Cinayət Məcəlləsinin vəzifə səlahiyyətlərindən sui-istifadə maddəsi üzrə istintaqa başlayıb.

Prokurorluğun müvafiq qərarı "Avropalı Gürcüstan" partiyasının Baş Prokurorluğa müraciətindən sonra başladılıb.

Belə ki, Prezidentin avqustun 28-də "Mariamoba" bayramı ilə əlaqədar əfv etdiyi 34 məhkumdan üçü qətlə görə həbs olunan, bir nəfər isə beynəlxalq axtarışda olan şəxs olub.

Prezidentin müvafiq sərəncamı ictimaiyyət arasında da geniş narazılıq doğurub.

Qeyd edək ki, Prezidentə qarşı istintaq Gürcüstan Cinayət Məcəlləsinin vəzifə səlahiyyətlərindən sui-istifadə maddəsi ilə aparılır.

İstintaq təsdiqini taparsa Prezident üç ilədək vəzifə tutmaqdan məhrum edilə və ya fəaliyyətindən məhrum edilməklə üç ilədək həbs edilə bilər. (APA)